cəzəfəzə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
cəzə-fəzə
is. [ər.] dan. Bir şeylə razı olmadığını, etirazını bu və ya başqa hərəkəti ilə bildirmə. [Karvanın adamları] ..Məmmədə yaxın gəldilər və soruşdular ki, onun bu cəzə-fəzəsinə səbəb nə olubdur? E.Sultanov. [Cəbi:] Ağa, belə işdə səbr lazımdır, adamın gərək tədbiri çaşmasın, artıq cəzəfəzə sizin adınıza layiq deyil. N.Vəzirov. • Cəzə-fəzə etmək (eləmək) – razı olmamaq, müqavimət göstərmək, atılıb-düşmək. [Əliqulu:] Cəzə-fəzə etmək artıqdır. S.S.Axundov. [İlyas bəy oğlu Səfiquluya:] Nə çox dağ-dərə, çox cəzə-fəzə eləsə [Hürünü] götür apar, elə yerdə saxla ki, hayına çatan olmasın. M.İbrahimov.