turklehceleri.org

cənab

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cənab

is. [ər.]
1. köhn. Görünüşündən cəmiyyətin imtiyazlı təbəqəsinə mənsub şəxsə oxşayan adam. Bir cənab içəri daxil oldu. Bu cənab kimdir? // Ümumiyyətlə hörmət, sayğı məqamında işlədilir. Biz axund cənablarının fərmayişini axıradək təsdiq edirik. C.Məmmədquluzadə. [Sərnişin:] ..Görünür, sən həmişə faytonda gəzmiş cənablardansan.. Qantəmir.
2. İmtiyazlı cəmiyyətə mənsub şəxslərə, eləcə də başqa dövlətlərin nümayəndələrinə və ya vətəndaşlarına nəzakətlə müraciət forması. Cənab səfir. Cənab general. // Bəzən istehza, kinayə ilə deyilir. Bu cənablardan hər şey gözləmək olar. – [Mirzə Abbas:] Cənab naçalnik, bizim şəriətimizdə keflənmək məndir və siz cənabın hüzurunda mən o qələti eləmərəm və edə bilmərəm. C.Məmmədquluzadə.
3. Müsəlmanlarda: təzim ifadəsi olaraq Allahın, peyğəmbərlərin və ya müqəddəs sayılan şəxslərin adlarının əvvəlinə gətirilir; həzrət.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cənab

beyefendi, efendi


Son arananlar: