turklehceleri.org

cəld

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cəld

sif.
1. zərf Tez, iti, yeyin, dərhal. Cəld oxumaq. Cəld addımlamaq. Cəld çevrilmək. – Xanlar cəld geriyə döndü. Çuxur bir yer tapıb, daldalanmaq istədi. M.Hüseyn. Əlləzoğlu taxta kimi quru ovcunu qorun üstünə basıb, cəld yerə atıldı. İ.Hüseynov. • Cəld tərpənmək – cəld hərəkət etmək, qabaqlamaq. Cəld tərpənsəydin, belə olmazdı.
2. sif. Zirək, çevik, diribaş. Cəld uşaq. – Hər ikisi qızların; Bir-birindən qəşəngdi; Biri sakit görkəmli; Biri cəlddi, ürkəkdi. M.Dilbazi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

cəld

I. bacarıqlı, mahir
{becerikli, mahir}

II. iti, yeyin, tez, sür’ətli
{çabuk, hızlı, tez, süratli}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cəld

çabuk, hızlı, seri, tez


Son arananlar: