cəbri
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
cəbri
I. sif.
1. Zorla icra olunan, zorla edilən, məcburi, zorən. Hacıyevə nə üçünsə elə gəldi ki, bu gülüş cəbri bir gülüşdür. Ə.Əbülhəsən.
2. İcbari, məcburiyyət altında. Beş gün keçdi, məhbuslar azad olundu və arx üstə cəbri iş ilə məşğul olanlar da öz işlərinə qayıtdılar. B.Talıblı.
II. sif. riyaz. Cəbrə aid olan. İrrasional cəbri tənlik. Sadə cəbri ədədlər.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
cəbri
zorakı, məcburi, icbari
{zoraki, mecburi, cebri}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
cəbri
cebri