cırcırama
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
cırcırama
is. zool. Əlvan qanadları uçarkən cır-cır səsi verən uzungövdəli cücü. Cırcırama yaz, bahar; Nəğmə oxur biqərar. A.Səhhət. Xoş sükut içində yalnız cırcıramaların aramsız, yeknəsəq səsi eşidilirdi. İ.Əfəndiyev. • Yayın cırcıramasında – yayın ən isti çağında. [Çiçək:] Bilmirəm yayın cırcıramasında bu nə kurs idi? B.Bayramov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
cırcırama
cırcır böceği