cummaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
cummaq
f.
1. Sürətlə, cəld qaçmaq, cəld getmək, ayaq alıb gəlmək, ya getmək. Evə cummaq. Adamlara tərəf cummaq. – ..Pristav özü atdan düşüb, içəriyə cumdu. M.Hüseyn. Sənəm .. çuvallara tərəf cumdu. Ə.Əbülhəsən. // məc. Üstünə atılmaq, həmlə etmək. O qədər xoşlanıram tüstüsü çıxcaq kababın; Ac pişiktək cumuram şövq ilə birbaşa ətə. M.Ə.Sabir.
2. Dalmaq, baş vurmaq. Suyun dibinə cummaq. // Məc. mənada. Ələsgər qurbandı belə gəlinə; Sonatək cumubdur eşqin gölünə. Aşıq Ələsgər. ..Kişi sözünü deyib dik-dik baxdı Məhəmməd Həsən əminin üzünə, qeyriləri də gözlərini dikib yerə, fikrə cummuşdular.. C.Məmmədquluzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
cummaq
I. millənmək, batmaq, girmək
{saplanmak, batmak, girmek}
II. şığımaq, atılmaq
{hücum etmek, atılmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
cummaq
dalmak, saldırmak