turklehceleri.org

bəri

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

bəri

1. zərf Bu tərəfə, buraya, bu yana, yaxına. Bəri gəl. Bəri dur. – Dolanım başına, ey nazlı yarım, bəri bax! S.Ə.Şirvani. [İmamqulu] bir də süzüb, bəri gəldi. Çəmənzəminli. ..Komendant əli ilə cib dəftərçəsini göstərdi: – Onu da bəri ver! [dedi] M.Hüseyn. // Sif. mənasında. Qızıl əsgərlər körpünün bəri üzünə qaçmışdılar. Mir Cəlal.
2. qoş. Bir şeyin (hadisənin və s.-nin) başlanma nöqtəsini və o andan başlayaraq davam etdiyini bildirir; ...etibarən. Üç gündən bəri. Üç ildən bəri görüşməmişik. – Musiqişünasların dediyinə görə, xəstəlikdən qalxandan bəri Həsən, öz sənətində irəliləyərək, daha da böyük məharət göstərməyə başlamışdı. B.Talıblı. Mənim də xəyalım dağları aşır; Qəlbimi şerimə verəndən bəri. O.Sarıvəlli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

bəri

bura
{bura}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

bəri

beri


Son arananlar: