bəni
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bəni
[ər.] Övlad, oğullar. • Bəni-adəm – insan, adam. Mən bəni-adəm üçün görməmişəm səcdə ola. S.Ə.Şirvani. Bəni-insan – bax bəni-adəm. Bir tərəf qurd edibdi bağrımı qan; Bir tərəfdən də xud bəni-insan. S.Ə.Şirvani. Bəni-növi-bəşər – bax bəniadəm. Lakin çifayda bəni-növi-bəşər heç vəqtdə yaxşı günə dözməz. M.F.Axundzadə. // Bəzi qəbilə və xanədan adlarında işlənilir; məs.: bəni-İsrail (İsrail oğulları), bəniHaşim (Haşimilər).