bədbəxt
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bədbəxt
sif. [fars. bəd və ər. bəxt] Talesiz, bəxtsiz, taleyi pis, uğursuz. Bədbəxt adam. Bədbəxt hadisə. – [Qətibə:] Ailəmizə üz verən böyük və bədbəxt faciəni sizə bildirməyə məcbur oldum. M.S.Ordubadi. // İs. mənasında. Gərçi bu bədbəxt özü elmə həvəskardır; Kəsbi-kəmal etməyə səyi dəxi vardır. M.Ə.Sabir. [Pristav:] Bu .. bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoymusan. Ə.Haqverdiyev. • Bədbəxt olmaq – bədbəxtliyə məruz qalmaq, yazıq olmaq. Bədbəxt etmək – bədbəxtliyinə səbəb olmaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
bədbəxt
talesiz, bəxtsiz, uğursuz
{talihsiz, şanssız, uğursuz}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
bədbəxt
bedbaht, mutsuz