turklehceleri.org

böyür

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

böyür

is.
1. Bədənin çiynindən ombaya qədər olan sağ və sol tərəfi. Böyrü əzilmək. Böyrü üstə uzanmaq. – Namərd güllə yazıq uşağın sol böyründən dəyib, kürəyindən çıxmışdı. S.S.Axundov. Uşaq yumaq kimi bükülüb, böyrü üstə yıxılmışdı. Ə.Məmmədxanlı. // Heyvanlar haqqında. İnəyin böyrü batmışdır.
2. Yan. Qab böyrü üstə düşdü. – [Məmməd:] Bütün köhnə, böyrü üstə əyilmiş Çəmbərəkəndi yox olmuşdur. C.Cabbarlı. Qayıq dəniz buruqlarının, böyründən şütüyərək açıq dənizə çıxdı. M.Hüseyn. ‣ Böyrü üstə yatmaq – heç bir iş görməmək, tənbəllik etmək. Böyrünü yerə vurmaq – 1) yan üstə uzanmaq. Böyrün yerə vurub çoban dağ üstə; Hərdən deyir bir yanıqlı şikəstə. A.Səhhət; 2) bax böyrü üstə yatmaq. Böyürdən törəmə – gözlənmədən meydana çıxan şey haqqında. Böyürdən çıxmaq – gözlənmədən ortaya çıxmaq. Əlini böyrünə vurmaq – bax böyrü üstə yatmaq. böyür-böyürə zərf Yan-yana, bir-birinin yanında, bir-birinə lap yaxın. Böyürböyürə oturmaq. Böyür-böyürə yaşayırsınız, bir-birinizdən xəbəriniz yoxdur. – Hatəm dayının nəzərləri .. gəlib çardaq altında böyür-böyürə vermiş dolu çuvallarda dayandı. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

böyür

yan, tərəf
{yan, etraf}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

böyür

böğür


Son arananlar: