böyüklük
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
böyüklük
“Böyük”dən (1, 2, 5, 6 və 8-ci mənalarda) mücər. Evin böyüklüyü. Dalğanın böyüklüyü. Dənizin böyüklüyü. Meşənin böyüklüyü. – Xalqın böyüklüyü onun sayı ilə təyin edilmir, bəlkə tarixdəki müsbət rolu ilə təyin edilir. M.Hüseyn. Gördüyü sonsuz iztirablar içərisində .. [Ulduz] insanın böyüklüyü və ruhi qüdrətini kəşf etdi. Ə.Məmmədxanlı. • Böyüklük etmək – 1) yol göstərmək, qayğısına qalmaq. [Mahmuda] böyüklük edən olmadı. Z.Xəlil; 2) buyurmaq, əmr etmək, göstəriş vermək. [Kərim:] Heç vaxt sənin həddin yoxdur ki, o qıza böyüklük edəsən! M.F.Axundzadə. Böyüklük satmaq – təşəxxüslənmək, qürurlanmaq, kibrlənmək, lovğalanmaq, özünü böyük göstərməyə çalışmaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
böyüklük
I. irilik, yekəlik
{irilik, cüsselilik}
II. başçılıq, rəhbərlik
{başkanlık, rehberlik}
III. əhəmiyyətlilik, mühümlük, vaciblik
{ehemmiyetlilik, mühimlik, önemlilik}