turklehceleri.org

boğulmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

boğulmaq

f.
1. Hava azlığından nəfəsi çətinləşmək, nəfəs ala bilməmək. İstidən boğulmaq. Bu otağın havası yoxdur, adam boğulur. Dağa qalxdıqca boğulurdum.
2. Nəfəs ala bilməmək nəticəsində ölmək (tüstüdən, boğucu qazdan və s.). Tüstüdən, az qala boğulmuşdum.
3. Suda qərq olmaq, batmaq. Dənizdə boğulmaq. Çayda boğulmaq.
4. məc. Məhv olmaq, tələf olmaq, yox olmaq, qeyb olmaq. Görürəm ilk dəfə ulduzun, Ayın; Alovlar içində boğulduğunu... S.Vurğun.
5. məc. Son dərəcə sıxıntı, təzyiq, mənəvi və cismani əzab hiss etmək. Yazıqda qalmayır taqətdən əsər; Boğulur qəfəsdə bir bülbül kimi. S.Vurğun.
6. məc. Bir şeyin çoxluğunu, ağırlığını, güclülüyünü, üstünlüyünü bildirir. Ətraf qəmgin bir sükut içində boğulurdu. M.Hüseyn.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

boğulmaq

boğulmak


Son arananlar: