turklehceleri.org

birtərəfli

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

birtərəfli

sif.
1. Bir tərəfi olan. Birtərəfli sütun. Birtərəfli cisim. // Yalnız bir istiqamətdə, bir tərəfdə gedən, cərəyan edən. Nəqliyyatın küçədə birtərəfli hərəkəti. Birtərəfliteleqraf rabitəsi. // Yalnız bir tərəfdə olan, baş verən. Birtərəfli plevrit. Birtərəfli iflic.
2. İştirakçıların biri tərəfindən, bir şəxs tərəfindən icra edilən. Müqavilənin birtərəfli ləğvi.
3. məc. Bir şeyin, hadisənin yalnız bir tərəfini qavrayan, yalnız bir tərəfinə yönəldilmiş; çox məhdud. Birtərəfli mühakimə. Birtərəfli inkişaf. Birtərəfli alimlik. Birtərəfli tərbiyə. – Həyatı birtərəfli (z.) göstərən, aktual mövzunu sönük və cansız halda əks etdirən .. əsərlərin səhnədə uzun müddət ömür sürməsi bizi bir daha düşündürməlidir. M.İbrahimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

birtərəfli

yarımçıq, məhdud
{yarım, sınırlı}


Son arananlar: