turklehceleri.org

binə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

binə

is.
1. Köçərilərin mal-qara ilə köçüb, kənddən kənarda məskən saldıqları yer; yurd, köç. Qaya çobanın yaşadığı kiçik binə böyüməyə başlayıb, bir kənd şəklinə düşür. M.S.Ordubadi. Pası yaylaqdan kəndin yanındakı binəyə enmişdi. S.Rəhimov. Sadıq kişi Kürün o tayındakı binəyə getməli oldu. M.Hüseyn.
2. dan. bax bina. Fəhlələr yer qazar, evin binəsini qoyar, usta taraz ilə ölçər, kəndir uzadar, başlayıb divarı qaldırardı. Mir Cəlal. Yarğan yarar sinəsini dağların; Sular ovar binəsini dağların. R.Rza.
3. məh. Ov quşunun gizləndiyi, sığındığı yer.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

binə

yurd, köç
{yurt, oba}


Son arananlar: