bihal
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bihal
zərf və sif. [fars. bi... və ər. hal]
1. Halsız, taqətsiz, yorulmuş, əldən düşmüş; üzgün, zəif. Bihal yıxılmaq. – Sübh vaxtında bir qoca çaqqal; Aclıq etmişdi çox onu bihal. S.Ə.Şirvani. Kərbəlayı Qulaməli, hacının bu sözlərini eşidəndə, uca sövtlə hönkürüb, bihal dizi üstə çökdü. Ə.Haqverdiyev. Əjdər bihal uzanmalı oldu.. S.Rəhman.
2. Özündən getmiş, ürəyi keçmiş, bayğın. • Bihal olmaq – özündən getmək, bayılmaq. [Kəblə Fatma:] Nazlını bir fənd ilə dilə tutdum, amma, vallah, o qədər ağlayıb ki, az qalıb ki, bihal olsun. C.Məmmədquluzadə. [Əbdül:] Sara xanımın halı fənalaşır, bihal olub, tez həkim lazımdır. C.Cabbarlı.
Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)
bihal
[bi:ha:l]: bihal däl ýöne adam däl, keramatly, gudratly manysynda ulanylýan söz düzümi.