turklehceleri.org

biabır

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

biabır

sif. [fars.] Abırsız. • Biabır etmək (eləmək, eyləmək) – abırdan salmaq, rüsvay etmək, adını ləkələmək. [Kərim:] [Süleyman bəy] mənim bacımı biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cırıb, bağırsaqlarını ayağına dolamasam, atamın oğlu deyiləm. Ə.Haqverdiyev. [Barat:] Yoldaş Şərif, nə haqq ilə sən müəllimə Almas xanımı biabır edirsən? C.Cabbarlı. [Tahir:] Qoy, nə deyir desin, məni biabır da eləsə, ürəyimdəkiləri açıb ona söyləyəcəyəm. M.Hüseyn. Biabır olmaq – rüsvay olmaq, ad batırmaq, abırı tökülmək. Camaat qabağında biabır olmaq. – [Hacı İslam:] Bu dəlinin öhdəsindən bəlkə sən gələsən, yoxsa vallahi biabır olduq. C.Məmmədquluzadə. [Balaş:] Çul-çuxası ilə həyətə-zada çıxar, biabır olarıq. C.Cabbarlı. [Mir Mahmud:] Ay Hüseyn, bu nə paltardır əyninə geymisən, çıxart, çıxart, dayın bizə gəlir, biabır olarıq. S.Rəhman.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

biabır

abırsız, həyasız
{edepsiz, hayâsız}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

biabır

rezil


Son arananlar: