turklehceleri.org

başbaşa

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

baş-başa

zərf Bir yerdə, yan-yana, bir-birinə sıxılaraq. • Baş-başa durmaq – bax baş-başa vermək 3 və 4-cü mənalarda. Baş-başa gəlmək – üz-üzə gəlmək, rastlaşmaq. Usta yarı yol getməmişdi, bir ayrı kişi ilə baş-başa verib toqquşdular və ikisi də üzlərini turşudub, sudan çıxdılar ki, bir-birini döysünlər. Çəmənzəminli. Başbaşa vermək – 1) bir-biri ilə gizli danışmaq, məhrəmanə danışmaq, sirləşmək; // məc. quşlar haqqında. Yoxsa danışırsız dilbər sözünü; Veribsiniz nə baş-başa, durnalar? Q.Zakir. Ötədəki iki quşcuğazın baş-başa verib də həsb-hal etməsi .. nə qədər şairanə. H.Cavid; 2) işlərini, dərdlərini bir yerdə müzakirə etmək, götür-qoy eləmək, məsləhətləşmək. Gecə sübhədək iki yoldaş başbaşa verib tədbir tökdülər. – [Kazım:] İllərdən bəri yan-yana yaşayan, adət və qaydaları bir, yalnız dinləri başqa olan bu iki ailə baş-başa verib, bir-birinin dərdinə ağlayırdı. Çəmənzəminli; // bir yerdə çalışmaq, əlbir olmaq, birgə hərəkət etmək. Baş-başa verməyincə daş yerdən çıxmaz. (Ata. sözü); 3) bir yerdə oturmaq, yan-yana oturmaq, bir yerə cəmlənmək. [Qənbərqulu:] [Əsgər] cibindən bir qəpik çıxarıb ət almazdı ki, aparıb evində uşaqları ilə baş-başa verib abgüştdən-zaddan bişirib yesin. B.Talıblı; 4) bir-birinə yaxın durmaq, yanaşı durmaq, yan-yana düzülmək, durmaq. Xəzər sahilində verə baş-başa; Qocaman çinarlar, yekə ağaclar. S.Rüstəm. Meşələr görmüşəm qoca palıdlı; Hündür vələsləri verib başbaşa. R.Rza; 5) bir yerə yığışmaq, büzüşmək, yazıq-yazıq bir-birinə sıxılıb durmaq. Uşaqlar baş-başa verib oturublar. Soyuqdan quşlar baş-başa verib bir daldalanacaqda durmuşdu.


Son arananlar: