təşəxxüs
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
təşəxxüs
[ər.] is.
1. Lovğalıq, təkəbbür; özünü çəkmə, iddia satma. [Nökər] ancaq təşəxxüs üçün, kim bilsin, hansı yaralının köhnə paltarını geyinibdir. S.M.Qənizadə. Ancaq gənclik təşəxxüsü, lovğalıq [Polada] mane olur. Ə.Vəliyev. • Təşəxxüs etmək – lovğalanmaq. [Aşıq Vəli:] Qohum-əqrəbasına, yalı artanda, təşəxxüs edənə lənət! N.Vəzirov.
2. Təşəxxüslə şəklində zərf – lovğalanaraq, lovğalıqla, lovğalana-lovğalana, lovğa-lovğa. Xülasə, çox təşəxxüslə bəy paşpurtunu verdim mehmanxana nökərinə apardı. Ə.Haqverdiyev. Məni görən kimi yerindən qalxdı; Hərif təşəxxüslə baxdı, nə baxdı! S.Vurğun. ‣ Təşəxxüs satmaq – lovğalanmaq, təşəxxüslənmək. İndi qələmnən təşəxxüs satmaq vaxtı deyil! C.Məmmədquluzadə. [Əhməd] ..əgər Nabat xala təşəxxüs satıb, çox iddia edərsə, nişanlısından da əl çəkə bilməsini mümkün görürdü. B.Talıblı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
təşəxxüs
lovgalıq, tekebbür, gürur, iddia, dikbaşlıq
{böbürlenme, kibir, gurur, tafra, inatlık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
təşəxxüs
kibir