turklehceleri.org

batıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

batıq

sif.
1. Çuxura düşmüş, dərinə düşmüş, çökmüş. Batıq ordlar. Batıq göz. – [Fərmanın] sinəsi batıq, sifəti saralıb, çiyinləri qalxıb. Ə.Haqverdiyev. [Rüstəm:] Qoy onun [Nübarın] o quyuya düşmüş batıq gözləri lap kəlləsinə çıxsın. S.Rəhimov.
2. Zədələnmə və s. nəticəsində bir tərəfi batmış, çökmüş, çökəklik əmələ gəlmiş. Böyrü batıq vedrə. Yanı batıq cam. – Astanada tüstülənir böyrü batıq samovar. S.Rüstəm. // İs. mənasında. Bir qədər batmış, çökmüş, çuxura düşmüş yer. Vedrənin batığı. Ordun batığı.
3. Boğuq, batmış. Batıq səs. – Qoy hələ Salman çəksin, – deyə Aslan yarımçıq və batıq bir səslə Qulam müəllimə cavab verdi. S.Rəhimov. [Ərbabın] batıq səsi eşidildi. Mir Cəlal.
4. Bulaşıq, bulaşmış, çirkli, bir şeyə batmış. Batıq qab. Batıq boşqab.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

batıq

I. çökək, çuxur
{çökük, çukur}

II. boğuq, xırıltılı
{boğuk, hırıltılı}

III. bulaşıq, çirkli
{bulaşık, kirli}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

batıq

kısık


Son arananlar: