turklehceleri.org

ibtida

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ibtida

is. [ər.] Başlanğıc, ilk, əvvəl (intiha ziddi.) Ayın ibtidası. – İnsan, ömrünün ibtidasından intihasına qədər möhtacdır təhsili-ülumə. H.Zərdabi. [Şeyx Sənan:] Bir səfərdir bu, adəta, məchul; Qayə məchul, ibtida məchul... H.Cavid. [Murad] bu məqsədlə 1921-ci ilin ibtidasında Bakıdan çıxmış(dı). S.Hüseyn. // sif. İlk, birinci. Sonanın ibtida müəlliməsi nəhayətdə ağıllı və pedaqoji elminə qabil bir arvad idi. N.Nərimanov. // zərf Əvvəlcə, ən əvvəl, ibtidada. İbtida ustaddan dərsim alanda; Oxuyub yetişdim, ay sinə-sinə. Aşıq Ələsgər. • İbtida etmək (qılmaq) – başlamaq. İbtida eyləyib girdim meydana; Aşıqlar ustadı, görün handadı? Qurbani.


Son arananlar: