turklehceleri.org

basdırmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

basdırmaq

f.
1. Əkmək, sancmaq. Ağac basdırmaq. Dirək basdırmaq. – [Fəxrəddin:] Çox pakizə .. sübh tezdən hamısını basdıraram. N.Vəzirov.
2. Quyulamaq, torpağa gömmək. Ölü basdırmaq. – Biz onu [Azadı], öz vəsiyyətinə görə, uca bir yerdə basdırdıq. M.İbrahimov. [Nəsib kişi:] Yeddi uşaqdan üçünü basdırmışam. Mir Cəlal.
3. Üstünü örtmək. [Sübhanverdizadə] yerə uzanıb yastığa söykəndi. Nemətullayev onun yan-yörəsini basdırdı. S.Rəhimov. // Məc. mənada. Cinayətin üstünü basdırmaq. // Torpağın altında gizlətmək. ..Veylabad şəhəri elə bil dəyişmişdi, hərə bir tərəfə qaçıb dağılmaqda idi .. Sərvətlilər qızıllarını basdırırdılar. Çəmənzəminli.
4. Qatlayıb tikmək. Paltarın ətəyini basdırmaq.
5. Dişi heyvanı erkək heyvanla cütləşdirmək.
6. Cücə çıxartmaq üçün yumurtaları kürt toyuğun altına qoymaq.
7. Otarmaq, tapdalatmaq, əzdirmək. Əkini mal-qaraya basdırmaq.
8. köhn. Dərc etdirmək, çap etdirmək. İlk şerimi – məktəbimin qəzetində basdırdım. S.Rüstəm.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

basdırmaq

I. əkmək, sancmaq
{ekmek, iliştirmek}

II. örtmək, torpaqlamaq
{örtmek, topraklamak}

III. tapdalatmaq
{tepiklemek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

basdırmaq

dikmek, gömmek


Son arananlar: