bab
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bab
I. is. [ər.] köhn.
1. Bir kitab mətninin bölündüyü hissələrindən hər biri (çox vaxt hər bab bir neçə fəslə bölünür). Gülüstanisəri-kuyin kitabın bab-bab, ey gül; Xəttireyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. Füzuli.
2. tənt. Qapı, girəcək; böyük qapı. Məktəb nə demək? Ümmətə bir babi-səadət. M.Hadi.
3. Yerlik halında: ...babda (...babında) köhn. – ...barədə, ...xüsusunda, ...cəhətdən. Gəl Nəbatinin sidqi-kizbini; Sən bu babdə eylə imtahan. Nəbati. Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan və Sultan Mahmud Qəznəvidən əskik deyil. M.F.Axundzadə.
II. is. [fars.] Tay, cur, bərabər. Məxmərin abı gərək; Yar yarın babı gərək. (Bayatı). ..Məndən əfzəldi qüvvədə qəssab; Qızını ver ona, odur sənə bab. S.Ə.Şirvani. Heç kəs bu toya bir söz deyə bilmədi, çünki hər iki cavan tamamilə bir-birinin babı idi. S.Rəhimov. // Uyğun, münasib, müvafiq, yaraşan. Hər işini bab elə, görən desin, ha belə. (Ata. sözü).
III. bax babi. [Seyidsədulla:] Siz bab və bəhailik aləmi barəsində uzun və uzadı mütaliə etməlisiniz. M.S.Ordubadi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
bab
tay, cur, bərabər
{arkadaş, yoldaş, dost}