turklehceleri.org

aşılanmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

aşılanmaq

məch.
1. Bir xəstəliyin qarşısı alınmaq və ya başlanmış xəstəliyin sağaldılması üçün bədənə aşı vurulmaq, aşı maddəsi yeridilmək. Məktəbdə bütün uşaqlar çiçəyə qarşı aşılandılar. Mal-qara aşılandı. Qoyunlar aşılandıqdan sonra yaylağa sürüldü.
2. Peyvənd edilmək, calanmaq (cır ağac). // məc. Uyuşmaq, birləşmək, calanmaq. ..Sanki bununla da bu iki gənc qadının qəlbi bir-birinə aşılandı. M.S.Ordubadi.
3. xüs. Aşıya qoyulmaq. Bu gön aşılanmamışdır.
4. məc. Kök salmaq, mənimsənmək. Yeni üsullar artıq aşılanmışdır.


Son arananlar: