turklehceleri.org

aşmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

aşmaq

f.
1. Bir şeyin üzərindən atılıb keçmək, hündür bir şeyin üstünə çıxıb o biri tərəfinə enmək, düşmək, hoppanmaq. Qapını daldan bağlayaraq, divardan aşıb getdik. M.S.Ordubadi. Dərəni aşdım. Meşənin içərisinə cənuba doğru uzanan daşlı-qayalı bir dağ ətəyi ilə gedirdim. A.Şaiq. Aşıb şiş dağları, boz səhraları; Gündə bir zəfərlə gedək irəli. S.Vurğun. Keçərək Mil düzündən, sıra dağları aşdım; Kürün sahillərilə bütün eli dolaşdım. Ə.Cəmil.
2. Keçmək, düşmək, çıxmaq. [Sultan və Vəli] bir bağdan o birisinə aşırlar. Ə.Sadıq. // Ötmək, atlamaq, keçmək. Gecə ortasından aşmışdı və yayın isti xamuşluğunu pozan ancaq minarədən gələn minacat səsi idi. B.Talıblı.
3. Çevrilmək, yıxılmaq. [Göyərçin] o tərəf bu tərəfə çox aşdı. Ancaq gözlərinə yuxu gəlmədi. S.Rəhimov. Ortalıqda yanı üstə aşmış bir neçə dolu butulka .. vardı. Ə.Əbülhəsən.
4. məc. Təmin olunmaq, düzəlmək, əmələ gəlmək. İşi aşmaq. – Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun. M.Ə.Sabir. Güc və zor ilə heç bir iş aşmaz; İş əlində həlim olan çaşmaz. A.Səhhət. [Məhərrəm:] Bilirsinizmi, nə var? Belə danışıqdan iş aşmaz. N.Vəzirov. Adamlar işi aşan yerdən dördəlli yapışırlar. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

aşmaq

I. enmək, düşmək, hoppanmaq
{inmek, düşmek, zıplamak}

II. keçmək, düşmək, çıxmaq
{geçmek, düşmek, çıkmak}

III. çevrilmək, yıxılmaq
{devrilmek, yıkılmak}

IV. tökülmək
{dökülmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

aşmaq

aşmak


Son arananlar: