turklehceleri.org

azmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

azmaq

f.
1. Yolu itirmək, istiqaməti itirmək. Meşədə azmaq. Atlılar yolu azdılar. – [Həkim:] Axı necə oldu ki, belə sağlam və qüvvətli adam olduğunuz halda, birdən azdınız və evinizin yerini itirdiniz? C.Cabbarlı. Kənardan baxana elə gəlirdi ki, bu maşın azıb, yoldan çıxmışdır. Mir Cəlal. İndi yay günü Mil düzün(də) .. azan yolçunun susuzluqdan qorxusu yoxdur. İ.Əfəndiyev.
2. Doğru yoldan çıxmaq, yanılmaq, sapmaq. [Şəhrəbanı xanım:] Çox yaxşı, sən azıbsan; yolundan, izindən çıxıbsan, get! M.F.Axundzadə. Sən azma sədaqət yolunu, sevgili qardaş! C.Cabbarlı.
3. məc. Coşmaq, qudurmaq, həddini aşmaq, şiddət göstərmək. Sən lap azmısan ha! – [Ağ zanbaq:] Gərçi uzundursa mənim yarpağım; Yoxdu yenə lovğalığım, azmağım. A.Səhhət. ‣ Ağlı azmaq – bax. ağıl1 . Əməli azmaq – bax. əməl. Hər yol(un)dan azan – hər bir adam, hər ötən, hər kəs, hər yetən. [Arvad:] Sən də hər yoldan azanı evə buraxırsan. S.Rəhimov. Kəkliyi azmaq – bax. kəklik. Nə iti(m) azıb – “nə işi(m) var, getməz, getmərəm” mənasında. [Şəhrəbanı xanım:] Firəngdə onun nə alıb-verəcəyi var, Parijdə onun nə iti azıbdır? M.F.Axundzadə. [Zeynəb xanım:] Mənim elə yerlərdə nə itim azıb? Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

azmaq

I. yanılmaq, sapmaq
{yanılmak, sapmak}

II. itmək, çaşmaq
{kaybolmak, şaşırmak}

III. çaşmaq, qudurmaq
{şaşırmak, kudurmak}

IV. pozulmaq
{ahlaksızlaşmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

azmaq

azmak

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

azmaq

Azmak, yanılmak, sapmak, yoldan çıkmak.


Son arananlar: