azar
Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)
azar
и. шелтәләү, шелтә
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
azar
is. [fars.]
1. Xəstəlik, naxoşluq. [Ağakərim xan:] ..Mən heç ömrümdə azar çəkməmişəm, pamazı paltarım olur həmişə qalın.. N.Vəzirov. [Həkim:] ..Ciddi müalicə edilsə, ümid var ki, azar rəf olar. Ə.Haqverdiyev. • Azar gəzmək – yoluxma xəstəliyi düşmək, yayılmaq, sirayət etmək. Azar tutmaq – azarlamaq, xəstəlik tutmaq, xəstələnmək. Azara düşmək – xəstələnmək, naxoşlamaq. Azara salmaq – birisini xəstələndirmək, azara düşməsinə səbəb olmaq. Bir tərəfdən ticarət işlərinin getdikcə dolaşıb zərər gətirməsi, digər tərəfdən də evinin nizamsızlığı Hacı Nəsiri azara salıb mum kimi əridirdi. S.S.Axundov. Azardan qalxmaq – yenicə sağalmaq, xəstəlikdən durmaq. Uzun azar dan. – vərəm.
2. Əziyyət, əzab. Neyləsin yarın cəfasın çəkməyən aşiq müdam; Çünki yar istər həmişə aşiqin azarını. Nəsimi. Bəs neyləsin indi bu dili-zar; Gör kimlər ilə çəkərdim azar. X.Natəvan. Gülzarda bülbülə tikəndir azar. S.Ə.Şirvani. • Azar vermək (etmək) – incitmək, əziyyət vermək, narahat etmək. Öz aşiqi-zarinə gül azar etməz. S.Ə.Şirvani. [Yoldaşları Fərmana deyirlər:] Qardaş, bir qız yolunda özünə bir belə əziyyət, azar verməyin igid sifəti deyil. Ə.Haqverdiyev. Azarını çəkmək – başqasının əvəzində əziyyət çəkmək, zərər çəkmək.
3. məc. dan. Bəhanə, ürəyindən keçən arzu, məqsəd. Onun azarını mən yaxşı bilirəm. – Qədirin Musa kişiyə də, onun dəyirmanına da bərk azarı var idi. İ.Əfəndiyev. Ancaq [Habil] Bəxti ilə yol yoldaşı olmaq, .. dörd-beş düyəni haradan olsa da tapıb vermək və onun azarını üzünə demək istəyirdi. S.Rəhimov. // məc. Xasiyyət, təbiət, adət, təmayül. Dava eləmək onun azarıdır. – Tükəzban xalanın qızlığından bir azarı vardı ki, indiyəcən başından çıxmamışdı. B.Talıblı. ‣ Azarı qalxmaq (tutmaq) məc. – tərk etdiyi adətə təzədən başlamaq, təzədən pis işə başlamaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
azar
I. xəstəlik, naxoşluq
{hastalık, rahatsızlık}
II. ezab, əziyyət
{sıkıntı, eziyet}
Kırgızca – Türkiye Türkçesi Sözlüğü (Yudahin)
azar
I, f. tazip, ıstırap, hararet, zulüm, azar sal- : zulmetmek, tazip eylemek; azar tart- : tazyik ve tahkire uğramak; azar tarttır- : eziyet vermek, çektirmek.
II; bezer ve kazar sözlerinin tekidir.
III, f, azar tümön : hesapsız; azar maktansañ, eki kişilik alıñ bardır : nekadar övünse de, yalnız iki kişiye karşı koyacak kuvvetin vardır.
Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)
azar
[aza:r], at. 1. Nähoşluk zerarly ýüze çykýan agyry, yza, çekilýän dert. Aýrylmaz dişiň azary, Ýaz, tomus, güýz, gyşlar menden (Mätäji). 2. Ruhy taýdan başdan geçirilýän azap, ejir, horluk. Menem ýetimligiň azaryny çekenleriň biri ahyry (T. Gurbanow). 3. Bir zadyň ugrunda edilýän ünji, alada, iňkis. Çaşdy gyzykly bazarym, Artdy gün-günden azarym (Magtymguly).
‣ Azar ýamanyny bermek görgi görkezmek, ejir baryny çekdirmek.
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
azar
f. Cefa, eziyet, cebir, çile. Azar bermek – Cebretmek. Azar tartmaq – Eziyet çekmek.