turklehceleri.org

anlamaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

anlamaq

f.
1. Başa düşmək, qanmaq, düşünmək, dərk etmək. Sözün mənasını anlamaq. Bu söhbətdən heç bir şey anlamadım. – Çox nüktə var, sən anlamasan, anlar aşiqin! M.Ə.Sabir. Sadədil muzdur indi anladı ki, uzunboylu, qarabığlı müsafir xozeyin deyilmiş, oğru imiş. S.M.Qənizadə.
2. Duymaq, sezmək, hiss etmək, başa düşmək. Onlar bir-birini yaxşı anlayırlar. Ürəyindən keçəni dərhal anladım. – Qız artıq onu [Firidunu] özünə yaxın bir dost hesab edirdi. Bunu o, onun səmimi rəftarından anlayırdı. M.İbrahimov.
3. Bir şey haqqında müəyyən fikri, baxışı olmaq. Bunu mən başqa cür anlayıram. Sizcə, bunu necə anlamaq lazımdır? Mənim anladığıma görə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

anlamaq

qanmaq, düşünmək, bilmək
{kavramak, düşünmek, bilmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

anlamaq

anlamak, çakmak


Son arananlar: