turklehceleri.org

analıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

analıq

is.
1. Ananın öz uşaqları ilə olan əlaqə və münasibəti, ana vəzifəsi. Analıq hissi. Analıq borcu. Analıq etmək. Analıq insan sevincinin tükənməz mənbəyidir. – Cəmalə indi bilirdi ki, onun elmi işləri ilə yanaşı, bir analıq vəzifəsi də vardır. S.Rəhimov. Ceyran Səltənətin uşağına, analığına, sadəliyinə gülürdü. Mir Cəlal.
2. Ögey ana, ana vəzifəsini görən qadın. [Sara:] Hərçənd biz bir günah iş görmürük, amma hər halda Gülnisə mənim analığımdır. C.Cabbarlı.
3. sif. Anaya məxsus, anaya aid olan. Analıq hüququ.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

analıq

I. vəzifə, borc
{vazife, borç}

II. ögey
{üvey}


Son arananlar: