turklehceleri.org

alışmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

alışmaq

I. f. Odlanmaq, alovlanmaq, od tutub yanmaq. Ocaq alışdı. Benzin qabı birdən alışdı. Taya ildırımdan alışdı. // məc. mənada. Alışıb, şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-suzan dedilər, gerçək imiş. S.Ə.Şirvani. Canım üzülür əldəki qalxanına baxcaq; Qəlbim alışır beldəki patronunu görcək. M.Ə.Sabir. Arvad, ürəyim od tutub alışır, məni daha artıq yandırma. Ə.Haqverdiyev. • Alışıb yanmaq – 1) od tutub yanmaq, şiddətlə yanmaq, alovlanmaq. Küləş alışıb yandı. – Belə bir isti torpağa saldı; Alışıb yanmağa çöl az qaldı. A.Səhhət; // məc. mənada. [Ağca xanımın] gözü İzzətin yatağına sataşanda ürəyi alışıb yanırdı. Mir Cəlal; 2) alov rəngində parlamaq, alov kimi al-qırmızı rəngə çalıb parıldamaq. Qızlar bütün bəzəklərini taxmışlar, üst-başları rəngdən-rəngə girərək, alışıb yanır. S.Rüstəm; 3) məc. qızarmaq. Yanaqları çiçək kimi alışıb yanır.

II. f.
1. Öyrəşmək, vərdiş etmək, adət etmək. Soyuğa alışmaq. Papirosa alışmaq. Zəhmətə alışmaq. – Ata hər gün gedər işə, çalışar; Nə qədər zəhmət olsa da alışar. M.Ə.Sabir. [Əzim dayının] daima qapalı və incə dodaqları ancaq ən mühüm fikirlərini anlatmaq üçün açılmağa alışmışdı. A.Şaiq. [İsfəndiyar] əlini alnına dayadı və bir neçə saniyə dayanıb qaranlığa alışmaq istədi. M.Hüseyn. // məc. Ünsiyyət bağlamaq, isinişmək, öyrəşmək.
2. Dadanmaq, öyrəşmək. Çaqqal toyuq damına alışıb, hər gecə bir toyuq aparır. İt qonşu həyətə alışıbdır.
3. Əhliləşmək, ələ öyrənmək, isinişmək. Nə qədər əlləşdilərsə də, tülkünün balası evə alışmadı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

alışmaq

I. qızarmaq, utanmaq
{kızarmak, utanmak}

II. öyrənmək, dadanmaq
{öğrenmek, bellemek}

III. öyrətmək, əhliləşmək, isinişmək
{öğretmek, ehlîleşmek, ısınmak}

IV. odlanmaq, alovlanmaq, yanmaq
{ateşlenmek, alevlenmek, yanmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

alışmaq

alışmak, kanıksamak, tutuşmak


Son arananlar: