turklehceleri.org

aludə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

aludə

[fars.] Tutulmuş, mübtəla; vurulmuş, məftun. Biz ol aludeyi-dərdik ki, cami-mey dəvamızdır. S.Ə.Şirvani. • Aludə olmaq – 1) tutulmaq, mübtəla olmaq, qapılmaq, başı qızışmaq. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayaqlardı. Ə.Haqverdiyev. [Firidun] düşüncələrinə o qədər aludə olmuşdu ki, günorta yerində durmuş və hər şeyi yandıran günəşin istisini belə hiss etmirdi. M.İbrahimov; 2) vurulmaq, məftun olmaq. Aludeyiqəddü rüxü çeşmin ola aşiq; Sərvü səmənə, nərgisi-şəhlaya baxarmı? Q.Zakir. Nəriman uzaqdan-uzağa bu qıza elə aludə oldu ki, pəncərə günlər ilə örtülmədi. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

aludə

mübtəla, məftun, vurgun
{müptela, meftun, vurgun}


Son arananlar: