Yaxşı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yaxşı
sif.
1. Müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan; bəyənilən (yaman ziddi). Yaxşı yeməklər. Yaxşı mal. Yaxşı at. Yaxşı mənzil. Yaxşı xətt. Yaxşı tərcümə. Yaxşı şərait. // Gözəl, xoş. Yaxşı kitab. Yaxşı musiqiyə qulaq asdıq. Yaxşı təsir bağışladı. Yaxşı şeirlər yazır. – [Gülçöhrə:] Özü yaxşı, sözü yaxşı.. Ü.Hacıbəyov. // Sevimli, mehriban, əziz, istəkli (“mənim” sözü ilə nəvaziş bildirir). Mənim yaxşı oğlum! Mənim yaxşı balam! // Əlverişli, faydalı, dəyərli, müsbət. Yaxşı məsləhət. Yaxşı nəticə. Yaxşı fikir söylədi. // Xoş, səfalı. Yaxşı hava. Yaxşı yerlərdə dincəlirik. Yay yaxşı (z.) keçdi. // Təcrübəli, məharətli. Yaxşı usta. Yaxşı dərzi. Yaxşı mütəxəssis. Yaxşı rəssam. // Müsbət mənəvi keyfiyyətlərə malik olan; nəcib. Yaxşı adam. Yaxşı qadın. Yaxşı insan. – [Sultan bəy:] Yaxşı adam? Mən! Gəl də!.. Gəl qohum olaq, mən də dulam. Ü.Hacıbəyov. // Dəyanətli, sədaqətli. Yaxşı yoldaş. Yaxşı dost. Yaxşı arvad.
2. Zərf mənasında. Kifayət qədər, lazımınca, əməlli-başlı. Yaxşı oxumaq. Yaxşı tanış olmaq. Yaxşı yazmaq. – [Əsəd bəy:] Hərçənd yoldaş tacirliyin fəndini çox yaxşı bilir. M.S.Ordubadi. [Usta Məhərrəm:] Özünüz deyin, harda yaxşı qan aldırmaq olar? Ü.Hacıbəyov. [Əlləzoğlu] şişlərdən döşəməyə yağ damlaları səpələyə-səpələyə, yaxşı bələd olduğu evdə ora-bura vurnuxdu, bufetin qapılarını taqqıldatdı. İ.Hüseynov. // Tələbələrin biliyinə verilən “orta” qiymətlə “əla” qiymət arasında qiymət – “4”. Fizikadan “yaxşı” almaq. Bütün dərslərindən “yaxşı” alıb.
3. Kifayət qədər, kafi miqdarda (böyüklükdə); çoxlu. Yaxşı qazanc. Yaxşı artım. Yaxşı maaş. Yaxşı pul verirlər. // məc. Güclü, qüvvətli, bərk, əməlli-başlı. Yaxşı bir yumruq ilişdirdi.
4. Zərf mənasında. Salamat, itkisiz, zərərsiz. Bəladan yaxşı qurtardın.
5. “Yaxşı”, “razıyam”, “sən deyən olsun” mənasında razılıq bildirir. Yaxşı, mən də gedərəm. Yaxşı, sən də gəl. Yaxşı, əzizim, sən deyən olsun. // Sual cümlələrində. [Əsgər:] Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdim sənə, bəs əvəzində sən mənə nə verərsən? Ü.Hacıbəyov.
6. “Yadda saxla”, “çox əcəb”, “baxıb görərsən” və s. mənasında hədə bildirir (bəzən təkrarla işlənir). Yaxşı, görüşərik! Yaxşı, yaxşı, gör atana nə deyərəm.
7. İs. mənasında. Yaxşıların yaxşısısan; Gözəllərin xası, gəlin! Aşıq Ələsgər.
8. Yaxşılıqla şəklində zərf – qalmaqalsız, rahatca, dalaşmadan, mübahisəsiz, əngəlsiz, xoşluqla. Yaxşılıqla çıxıb getdi. Yaxşılıqla məsələ həll olundu. ‣ Yaxşı gün – xoşbəxtlik, xoşbəxt həyat, yaxşı güzəran. Yaxşı olmaq – 1) sağalmaq. Xəstə yaxşı oldu. Yara yaxşı oldu. – ..Cəmil ağanın başının ağrısı lap yaxşı oldu. İ.Musabəyov; 2) kinayə tərzində məmnunluq ifadə edir; əcəb oldu. Sənə lap yaxşı oldu. Yaxşı yol – yola düşən adama xeyir-dua. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da verdi. Ə.Haqverdiyev. Qız: “Zəfərlə dönəsən, sənə yaxşı yol!” – dedi. M.Rahim. Yaxşını pisdən ayırd etmək – işin məğzinə vararaq anlamaq, seçmək; məsələni hərtərəfli yoxlayıb düzgün nəticə çıxarmaq. Rüstəm kişi Salmanı, cavan olsa da, gözüaçıq, işbacaran, yaxşını pisdən ayırd edən bir adam sayırdı. M.İbrahimov. Yaxşısı budur ki... – ən münasib, ən məsləhət görülən şey haqqında. [Zeynal:] Yaxşısı budur ki, bir-birimizdən həmişəlik ayrılaq.. S.Hüseyn. Nə yaxşı, nə yaxşı ki – məmnunluq bildirir. Nə yaxşı, tez gəldin. Nə yaxşı ki, burada olmamısan. – [Mərcan bəy:] Nə yaxşı, razı oldu! Ü.Hacıbəyov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yaxşı
I. gözəl, xoş
{güzel, hoş}
II. faydalı, dəyərli, əlverişli
{faydalı, değerli, elverişli}
III. səxavetli
{cömert}
IV. cins
{soylu}
V. təmiz, saf, ləkəsiz
{temiz, saf, lekesiz}
VI. möhkəm, davamlı
{sağlam, devamlı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yaxşı
iyi, olur, pekala, peki, tamam, yakşı