turklehceleri.org

Yaddaş

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yaddaş

is. Bir şeyi zehnində saxlamaq və yenidən təsəvvürdə canlandırmaq qabiliyyəti; hafizə. Yaddaşı inkişaf etdirmək. Yaddaşı zəifdir. Heç yaddaşım yoxdur. • Yaddaş dəftərçəsi – yaddan çıxmasın deyə, bir şeyi qeyd etmək üçün kiçik dəftərçə. İclasda Cəmilənin dediyi misraları; Tapıb yazdı o, dərhal yaddaş dəftərçəsinə. B.Vahabzadə. Yaddaş etmək – yadında saxlamaq, yaxud yadında qalmaq üçün bir yerə qeyd etmək. Deyilənləri bir dəftərə yaddaş et. Yaddaş kitabçası – içərisində müəyyən bir sahəyə, ixtisasa aid ən vacib məlumat olan kitabça. [Gülşən:] Yaddaş kitabçasını əlində bərk sıxdı. Ə.Vəliyev. Yaddaşından çıxmaq – yadından çıxmaq, unutmaq. Çox yuxusuz gecələr sovuşsa da başımdan; Gözlərinin gülüşü çıxmayıb yaddaşımdan. R.Rza.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yaddaş

hafizə
{hafıza}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yaddaş

bellek, hafıza, hatır, muhtıra


Son arananlar: