turklehceleri.org

Xırda-xuruş

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xırda-xuruş

1. is. Hər cür xırda şeylər, xırdavat. Xırda-xuruş almaq. – Laçın iki aydan bəri görmədiyi qəsəbənin ayrı-ayrı evlərinə, dükanlarına, xırda-xuruşla bəzənmiş vitrinlərinə baxa-baxa gedirdi. M.Hüseyn.
2. sif. Xırda, kiçik, əhəmiyyətsiz. Evdə xırda-xuruş söz-sov olar. – Cümrü Ağamalının əhəmiyyəti onun bu xırda-xuruş işlərində deyildi. H.Sarabski. Arvad xeylağı heç boş durmağı sevməz, evin yüzlərcə və qurtarmaq bilməyən xırda-xuruş işləri ilə bütün gün məşğul olub durur. Qantəmir. Bu xırda-xuruş pıçıltılardan sonra yenə sükut edib yad adama tamaşa etməyə başladıq. S.Rəhman.


Son arananlar: