turklehceleri.org

Vədə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

vədə

is. [ər.]
1. Bir iş üçün qabaqcadan təyin olunan vaxt, müddət. Vədəsi çatmaq. Vədəsi qurtarmaq. – Şəbanın vədəsi tamam oldu. Amma qayıtmağı üçün gərək şəhər əhlindən rizaməndlik alına idi. Ə.Haqverdiyev. • Vədə olunmaq – qabaqcadan müəyyən edilmək, şərtləşdirilmək. // Bir işi təxir etmək üçün təyin olunan vaxt, möhlət. 6 ay vədə verdi. // Ümumiyyətlə, vaxt, zaman, çağ. Könül həsrət, can müntəzir, göz yolda; Ömr azaldı, vədə keçdi san ilə. M.V.Vidadi. O vədə belə işləri başa düşürdüm, çünki on yeddi yaşında idim. C.Məmmədquluzadə. Mən cəhənnəmi həmişə Bakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda olacaq. Ə.Haqverdiyev. Heç vədə – heç vaxt, qətiyyən. Bu necə məleykə-önümdə belə; Axı mən heç vədə sevilməmişdim. M.Araz.
2. bax. vəd. Hər zaman Zeynal onu [Mehribanı] .. quru və boş vədələr ilə dolandırırdı. S.Hüseyn. • Vədə vermək – 1) səs vermək. Yarım mənə vədə verdi; Dedi, gəl gəz buralarda. Aşıq Abbas. Keçən gün Zeynal səhər evdən çıxarkən vədə vermişdi ki, bu gün o, ən aşağısı üç yüz manat para alacaqdır. S.Hüseyn; 2) qabaqcadan söyləmək, demək. Bəli, anam vədə verdiyi günlər gəlib çatdı. S.S.Axundov. Vədəsinə əməl etmək – verdiyi sözü yerinə yetirmək. Vədəsinə xilaf çıxmaq – verdiyi sözü yerinə yetirməmək. Vədə(sini) almaq – birinin müəyyən vaxtda qonaqlığa və s.-yə gəlməsi haqqında ondan söz almaq; dəvət etmək, çağırmaq. [Hatəmxan ağa] israğagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı cəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə. İranda Məhəmmədəli şahın tərəfdarı məhz bir neçə adamdır ki, öz şəxsi mənfəəti üçün, yəni kimi rüşvət alıb və kimi vədə alıb şaha kömək eləyirlər. C.Məmmədquluzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

və’də

vaxt, müddət, möhlət
{vakit, müddet, süre}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

vədə

vade


Son arananlar: