turklehceleri.org

Təlim

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

təlim

is. [ər.]
1. Öyrətmə, dərs vermə, oxutma, tədris. Zərdabi Azərbaycan dilində təlimə xüsusi diqqət verirdi. • Təlim etmək (vermək) – dərs vermək, öyrətmək. ..Balalara təlim vermək kimi uca bir vəzifəyə napaklıq yaraşmırdı. Çəmənzəminli.
2. Qoşun və s. nizami bölmələrdə əsgərə döyüş və silah işlətmə üsul və qaydalarını öyrətmə; əsgəri məşq. Atəş təlimi .. Topçuluq təlimi. – Böyük bir həvəslə bağlandı möhkəm; Hərbi təliminə, hərbi məşqinə. M.Rahim. Təlimdən yorğun-arğın və islanmış halda qayıdan əsgərlər çadırlara doldular. Ə.Abasov. • Təlim vermək – sirk və s.-də çıxış etmək üçün heyvanlara müxtəlif hərəkətlər öyrətmək. Ayıya təlim vermək. Təlim keçmək – təlimatçının rəhbərliyi altında məşq keçmək; öyrətmək. Qarovul batalyonunda üç aydan artıq idi ki, təlim keçirdik. Mir Cəlal.
3. Hər hansı bir sahə haqqında nəzəriyyə, nəzəri sistem, nəzəri müddəaların məcmusu. // Hər hansı bir alimin, mütəfəkkirin əsas müddəaları, görüşlərinin məcmusu, görüşlər sistemi. H.Zərdabinin təbiət haqqındakı təlimi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

tə’lim

I. öyretme, oxutma
{öğretme, okutma}

II. meşq
{talim}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

təlim

alıştırma, antrenman, eğitim, öğrenim, talim


Son arananlar: