turklehceleri.org

Səki

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

səki

is.
1. Piyadaların gediş-gəlişi üçün küçənin hər iki tərəfində asfalt, daş, taxta və s. döşənmiş və adətən küçədən bir qədər hündür yol. Səki ilə getmək. Səkiyə çıxmaq. Səkidə üz-üzə gəlmək. – Faytonlar daş döşəməli bir səkinin ağzında durdular.. M.İbrahimov. Çobanlar ağır addımlarla kəndin orta küçəsi ilə uzaqlaşıb gedir, səkidə dirəyə söykənib dayanmış Qumru isə onların başı üstündən hara isə uzaqlara baxırdı. Ə.Məmmədxanlı.
2. Oturmaq üçün həyətdə, hamamda, qapı ağzında və s.-də düzəldilmiş hündür yer. Şeyləri səkiyə yığmaq. – [Qadınlar] hər halda günəş istiliyini duymayırdılar, çadralarına bürünüb qır səki üzərində oturmuş və gözlərini məhkəmə qapısına dikmişdilər. T.Ş.Simurq. Bu, qaya içində salınmış, qabağında kiçik daş səkisi olan, torpaq damlı, kiçikcə pəncərəli, bir qapıcığazlı daxma idi. Ə.Əbülhəsən.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

səki

kaldırım


Son arananlar: