turklehceleri.org

Süd

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

süd

is.
1. Balalarını yedirib bəsləmək üçün qadınların və məməli heyvanların məmələrindən gələn ağ, qidalı maye. Uşağa süd vermək. Qoyun südü. İnək südü. – [Səkinə:] Vallah, döşümdə südüm quruyub. H.Nəzərli. Qərənfil bacı südü ağ qalaylı mis qazana boşaldaraq, həyətdə qaladığı ocağın üstünə qoydu. İ.Əfəndiyev. • Süd vermək – əmizdirmək (uşağı).
2. Bəzi bitkilərin ifraz etdiyi ağ maye. ‣ Süd anası (nənəsi) – körpəyə süd verən başqa qadın; dayə, tərbiyə edib böyüdən qadın. [Xarrat:] Oradan da [uşağı] kənddə bir süd anasına (dayəyə) verdilər. T.Ş.Simurq. Süd dişi – uşağın çıxartdığı ilk diş. Təzə çıxan süd dişinə; Qəhqəhəli gülüşünə; Tırıp-tırıp yerişinə; Çox baxıb heyran olmuşam. M.Dilbazi. Süd gölünə düşmək – rifah və səadət içərisində yaşamaq, həyatın bütün nemətlərindən faydalanmağa başlamaq. Əhmədlə Məmməd çatdıqları gündən süd gölünə düşüblər. S.Rəhimov. Süd kimi – 1) ağappaq, qar kimi. Yer süd kimi dümağ, üfüqlər açıq, hava durğun idi. Mir Cəlal; 2) aydın, təmiz. Gecə süd kimi aydın idi, ağaclar hərəkətsiz dayanmışdı. Ə.Məmmədxanlı. Süd kimi aydınlıq bir gecə idi. Ə.Vəliyev. Süd qardaşı (bacısı) – bir vaxtda bir ananın südünü əmən uşaqlardan hər biri. Məzkur abxazlının süd qardaşı qabardalı Səfər bəy ona qonaq olur. F.Köçərli. Südüm halal olsun! – ananın öz övladının hərəkətindən məmnunluğunu bildirən ifadə. [Səlma:] Südüm halal olsun, oğul! Qanpolad! H.Cavid. Anasının südü halal olsun! – yaxşı, nəcib uşaq haqqında. Halal süd əmmiş – bax. halal. [Kərbəlayı:] Doğrudan, arvad, bir halal süd əmmişini tapsa idin, yaxşı olardı. Çəmənzəminli.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

süd

süt


Son arananlar: