Salmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
salmaq
f.
1. Bir şeyi hündür yerdən aşağı atmaq, tullamaq, buraxmaq, düşürmək. Asta qanad çalın, qafil telləri; Heyfdir, salarsız düzə, durnalar! M.P.Vaqif. Mən də bombaları salanda kəndə; Dedim: “Əl atmasa həkim bıçağa; Xəstə şəfa tapıb durmaz ayağa”. M.Rahim.
2. Əlindən buraxmaq, düşürmək. Qabı salmaq. Qutunu salmaq. Boşqabı salıb sındırmaq. – Qız [müəllimi] görüncə şaşırıb üzünü örtməyə tələsdikdə səhəngini salıb qırmışdı. S.Hüseyn.
3. Özü bilmədən bir şeyi düşürüb itirmək. Açarı bilmirəm harada salmışam.
4. Əsasını qoymaq, təsis etmək, qurmaq, düzəltmək. Mədən salmaq. – ..Haman yerdə dam-daş tikdirib, bir balaca kənd salıblar. C.Məmmədquluzadə. Fəhlə qardaş, nə tikilir bu qum çölündə? Qəribmisən, nəsən, oğul? Şəhər salırıq. Ə.Cəmil.
5. Tikmək, qurmaq, qayırmaq, düzəltmək. Yol salmaq. Bənd salmaq. – Çayların üstündən buz körpü saldı; Seyrəldi get-gedə gedişgəliş də. S.Vurğun.
6. Keçirmək, taxmaq. Əmniyyə açarı qapıya saldı. M.İbrahimov. Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. Mir Cəlal. ..Belindən qayışını açıb bir ucunu onun buynuzuna ilmək kimi salıb çəkdi. M.Rzaquluzadə.
7. Örtmək. Üstünə yorğan salmaq. Başına şal salmaq. – Əvəz kişi çuxasını çiyninə salaraq qapını örtmək üçün getdi. Ə.Vəliyev. [Minayə] başına saldığı ağ torda çox yaraşıqlı görünürdü. Ə.Əbülhəsən. [Axund] qara gecə ləbbadəsini ehmalca çiyninə salıb, dəhlizə çıxdı. Mir Cəlal.
8. Tez-tələsik oturmaq, özünü yerləşdirmək. Özünü divanın üstünə salmaq. Özünü boşalmış yerə salmaq. // Tez-tələsik girmək; yetmək, çatmaq, özünü çatdırmaq. Ruqiyyə durub alaçığa qaçdı, orada şarpadan yıxıldı. Qoca kişi də, qarı da oraya yüyürdülər. Mən də özümü oraya saldım. A.Divanbəyoğlu. Yoldaşlarım .. özlərini mənim yanıma saldılar. Mir Cəlal.
9. Yerinə oturtmaq, keçirmək, geydirmək. Çıxığı salmaq. Stulun qıçını yerinə salmaq. – ..Faytonumun çarxı oxdan çıxdı, onu salıncan mən istədim ki, sizdə bir az qızınıb rahat olam. S.S.Axundov.
10. Yatağına qoymaq, yerləşdirmək, rahatlamaq. Əynində ağ xalat olan təmiz geyimli, yaşlı arvad uşağı alıb yerinə saldı. M.İbrahimov. Gilə qucağındakı körpəni yerinə salıb ayağa qalxdı. Ə.Vəliyev.
11. Tez yollamaq, dərhal göndərmək. Mən aşıq bu çağlara; Bülbül qonub bağlara; Qayıtmasan bərəyə; Ovçu sallam dağlara. (Bayatı). Nəbi Əsədi öldürəndən sonra kəndlərə adam saldı ki, mən Əsədə olan borcu vermişəm. Tay siz borc verməyəcəksiniz. “Qaçaq Nəbi”.
12. Döşəmək, sərmək. Yeşiklərə kağız salmaq. Evlərə palaz salmaq. – [Hacı Həsən:] Adə Heydər! Durma tez evə xəbər elə ki, otlaqlara fərş salsınlar, qonaq gələcək. C.Məmmədquluzadə. Atam altına balaca döşəkçə salmış, bardaş quraraq arxasını balışa söykəmişdi. M.İbrahimov. Göyçək bacı sevincək halda eyvana naxışlı bir keçə saldı. Ə.Vəliyev.
13. Bir şeylə örtmək, qapamaq; aşağı endirmək. Ağca xanım qapının rəzəsini vurdu, pərdəsini saldı. Mir Cəlal.
14. Qoymaq. Xəstəyə banka salmaq. Boğazına zəli salmaq. – Kərimin ayağına yağlı xəmir salıb yerə uzatdılar. H.Sarabski.
15. Ağac və s. göyərti əkmək. Bağ salmaq. Meşə salmaq. – .. Arvad-uşaq kiçik bostan salıb şaxa çıxan lobya, soğan əkirdilər. Ə.Əbülhəsən. ..Bizim məktəb kənddə gözəl bir meyvə bağı salmışdır. M.Rzaquluzadə.
16. Yaymaq, yerləşdirmək. [Molla] baxır ki, halvaçı təzəcə halvanı tiyandan çıxarıb, salır tabaqlara. “M.N.lətif.”
17. Tökmək. Samovara kömür salmaq. Xörəyə duz salmaq. – Noxudu bozbaşa salanda aşpazı qoyub axund ilə məsləhət eləyirik. C.Məmmədquluzadə. // Batırmaq (mayedə). [Dərviş:] Bir dua yazacağam, onu suya salıb verərsiz oğlana.. N.Vəzirov. Mollayev təzəcə gətirilmiş çaya limon saldı. M.Hüseyn.
18. İçəri buraxmaq, daxil etmək. Heydərəli oğlanı içəri salıb, yenə o biri otağa çəkildi. M.Hüseyn. Sürmə xala Əzizi hamamxanaya salıb mətbəxə qayıtdı və tələsik yemək hazırlamağa başladı. S.Rəhman.
19. Tikmək, naxışlamaq. Dəsmala gül salmaq. Divara naxış salmaq. – Axşamüstü Şəfiqə küçəyə baxan pəncərənin qırağında oturub, yaylığına haşiyə salırdı. H.Seyidbəyli.
20. məc. Yoluxdurmaq, yaymaq. Xəstəlik salmaq.
21. məc. Tutmaq, həbs etmək. Həbsə salmaq. Dama salmaq. – [İzzəddin:] Şah bizi istəsə zindana salar. M.Rahim.
22. Devirmək, yıxmaq, taxtdan düşürmək. Hakimiyyətdən salmaq. Padşahı taxtdan saldılar.
23. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadə və mürəkkəb feillər əmələ gətirir; məs.: məhəbbətini salmaq, könlünü salmaq, ələ salmaq, araya salmaq və i.a.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
salmaq
I. enmək, düşmək, çəkmək
{inmek, düşmek, çekmek}
II. döşəmək, sərmək, tökmək
{döşemek, sermek, dökmek}
III. atmaq, tullamaq, qoymaq
{atmak, fırlatmak, bırakmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
salmaq
banmak, düşürmek
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
salmaq
I Koymak, yerleşleştirmek, çıkarmak. Atqa bide saldim – Ata yonca koydum. Tarazigha salmaq – Teraziye koymak. Ichige salmaq – İçine koymak. Orun salmaq – Yatak hazırlamak. Dasturxan salmaq – Örtü sermek. Köyze salmaq – Kelepçe takmak. Kishen salmaq – Zincir vurmak. Qilich salmaq – Kılıç kullanmak; kılıç vurmak. Nezer salmaq – Bakmak. Yüregin saldi – Kalbim çarptı. Yéninggha pichaq sélip yürme – Yanında bıçak taşıma. Qulup salmaq – Kilitlemek. Küch salmaq – Kuvvete başvurmak. Qush salmaq – Kartal, doğan . gibi kuşlarla avlanmak. Qorkushqa salmaq – Korkutmak. Sep sélip qarimaq – Dikkatle bakmak. Gepke salmaq – Konuşturmak. Qarmaq salmaq – Olta atmak. Qol salmaq – El koymak. Qulaq salmaq – Dinlemek, kulak salmak. Pichaq salmaq – Bıçaklamak. Tuxum salmaq – Yumurtlamak. Chéchek salmaq – Aşı yapmak. Chut salmaq – Çörkü ile hesaplamak. Dagh salmaq – İz bırakmak, yakmak. U beshini töwen saldi – O başını aşağıya eğdi. Asas salmaq – Temel atmak. Ochaq salmaq – Ocak yapmak. Oq salmaq – Korşun koymak. U özini körmigen ademge saldi – O görmezlik ten geldi. Men ularni körmeske saldim – Ben onları görmezlikten geldim. Bilmeske salmaq – Bilmezlikten gelmek. Uwa salmaq – Yuva kurmak. Öy salmaq – Ev yapmak. Yol salmaq – Yol yapmak. Ötük salmaq – Çizme çıkarmak. Kiyim salmaq – Elbise çıkarmak. Yolgha salmaq – Uğurlamak. Qorqunch salmaq – Korkutmak.
II Ağırlık, tartı. Uning salmighi éghir – O ağır. Köp salmaqqa ége – Ağırlıklı.