Sakin
Türkiye Türkçesi – Arı Duru Türkçe Sözlüğü (Kuleli, 2013)
sakin
[Köken: Arapça] Yavaş, Arkayın, Dinç
Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)
sakin
1. с. тыныч, тын; аз хәрәкәт итүчән. 2. и. яшәүче, торучы
Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)
sakin
Türkiye Türkçesi: sakin
Azerbaycan Türkçesi: sãkit
Başkurt Türkçesi: tınıs
Kazak Türkçesi: tınış momın
Kırgız Türkçesi: tınç momun
Özbek Türkçesi: yuvàş momin
Tatar Türkçesi: tınıç
Türkmen Türkçesi: yuvaş
Uygur Türkçesi: sekin tinç ⱨatircäm
Rusça: spokoynıy tiⱨiy
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sakin
is. [ər.]
1. Bir yerdə yurd salıb yaşayan, həmin yerin əhalisindən olan; oturan, oturucu. Mingəçevir şəhərinin sakinləri. Yeni qəsəbənin sakinləri. – Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. C.Məmmədquluzadə. Aulun sakinlərindən heç biri ləkəli namusla yaşamaq istəmədi. M.Hüseyn. // Yaşayan, yerləşən. Binanın sakinləri. Mehmanxananın sakinləri. – Üç ildir ki, [evin] sakinləri bir qoca qarı, bir də onun nəvəsi balaca Svetlanadır. Ə.Məmmədxanlı. Bütün ev sakinləri ya qonaqlar bu darvazadan qəsəbəyə çıxırdılar. Ə.Əbülhəsən. • Sakin etmək (eləmək) – yerləşdirmək, məskən saldırmaq, oturtmaq. Hacı həyətdə olan kiçik daxmanı Aslana verdi ki, orada o öz qardaş və bacısını sakin eləsin. C.Cabbarlı. Sakin olmaq – bir yerdə (evdə və s.-də) yerləşmək, yaşamağa başlamaq, məskən salmaq. Görürəm mən dünən gecə yuxuda; Yenə də sakin olmuşam Bakıda. M.Ə.Sabir. [Qonça:] Mənim sakin olduğum evin yaxınlığına bir daha dolaşmayın. S.Hüseyn.
2. Sakit, səssiz, hərəkətsiz. Sakin küçələr [Midhətə] geniş göründü, əsir şəhər hürr və məsrur idi. Çəmənzəminli. Yorğun maral kimi sakin baxışlar; Bir öpüşdən daha kəskin baxışlar; Səndə nələr yoxdur, nələr, ah, nələr... M.Müşfiq. • Sakin olmaq – sakitləşmək, rahatlanmaq. Dağlarda əkin olmaz; Heç kəs mən təkin olmaz; Sən yanıma gəlməsən; Ürəyim sakin olmaz. (Bayatı).
3. Ərəb əlifbasında: hərəkəsiz, hərəkəsi olmayan, hərəkə ilə oxunmayan. Sakin hərf. – Habelə sakin “nun”dan ( ) ibarət olan tənvinlər də yazıda qeyd olunmalıdır. M.F.Axundzadə.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sakin
nüfus