Rədd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
rədd
I. is. [ər.] Qəbul etməmə, yox cavabı vermə, mənfi cavab vermə. [Cavanşir:] Sasani qoşunlarının sərkərdəsi Bəhrama rədd cavabı verilsin! M.Hüseyn. Kazım əli ilə rədd işarəsi verdi. Mir Cəlal. • Rədd etmək – 1) qəbul etməmək, yox cavabı vermək, mənfi cavab vermək, razı olmamaq. [Mirzağa] qorxurdu ki, Cəmilə onun təklifini rədd edər. S.Hüseyn. Anam dayımın təklifini rədd etdi. S.S.Axundov; 2) özündən uzaqlaşdırmaq, başından eləmək. Gülpəri də [Baharın] ona Nurəddin barədə gizlin gözətçi olmasını duyub, Baharı bir yolla rədd etmək fikrində idi. S.S.Axundov; 3) qovmaq, qəbul etməmək. [Balaş:] Sevil! Diz üstə çöküb bir çocuq kimi yalvarıram; məni öldür, rədd etmə! C.Cabbarlı. [Xalıqverdinin] aləmində qonağı rədd eləmək nanəciblik idi. Ə.Vəliyev. Rədd ol! – birisini özündən uzaqlaşdırmaq, qovmaq məqamında işlədilir. [Məşədi İbad:] Əşi, rədd ol o yana, bir sən qalmışdın ki, məni soyasan. Ü.Hacıbəyov.
II. is. [ər.] Ləpir, ayaq yeri, iz. Sabah olan kimi hər üç pəhləvan yola düşüb, qanın rəddi ilə düz zülmət quyusunun başına gəldilər. (Nağıl). Bura bax, Nadir, – deyə [Cəfər] rəddi göstərdi: – Görürsənmi, aşağıdan gəlib, bu tərəfə burulub. İ.Əfəndiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
rədd
I. qaytarma, qovma, çıxartma, götürmə, inkaretmə
{geri dönme, kovma, çıkarma, götürme, inkâr etme}
II. təmizləmə, uzaqlaşdırma
{temizleme, uzaklaştırma}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
rədd
ret