Oğurluq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
oğurluq
is.
1. Başqasının malını, şeyini, pulunu və s. oğurlama işi; oğrunun işi, peşəsi. Oğurluqla məşğul olmaq. Oğurluq cinayətdir. – [Şahbaz bəy:] Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə. Ömründə oğurluq etməyən muzdur bir neçə an fikir etdiyindən qəbih əməlin qəbahətini düşünməyə başladı. S.M.Qənizadə.
2. Oğurlanmış. Axşam satılan oğurluq maldan pristavın payı gətirilib qumar oynadığı yerdə özünə verildi. Ə.Haqverdiyev.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
oğurluq
hırsızlık, uğruluk