Məzəmmət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məzəmmət
is. [ər.] Danlama, qınama, danlayış, töhmət. İctimai məzəmmət. – Uşaqlara Xudayar bəyin məzəmməti tük qədər də kar eləmədi. C.Məmmədquluzadə. // Narazılıq, məmnunsuzluq. [Rəşid:] ..Onun ilıq təbəssümündə, yorğun baxışlarında bir məzəmmət duyurdum. İ.Hüseynov. • Məzəmmət etmək – bax. məzəmmətləmək. Uşağı məzəmmət etmək. – Dədəm başladı gündə məni məzəmmət eləməyə. Çəmənzəminli. Xalamın əri Mürsəl kişi gecikdiyim üçün məni və atamı məzəmmət edirdi. Ə.Məmmədxanlı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
məzəmmət
danlaq, tə’nə, töhmət, qınaq
{yüzüne vurma, paylama, ayıplama, kınama}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məzəmmət
kakınç