Məsrəf
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məsrəf
is. [ər.]
1. Xərclənən pul, işlənən şey; xərc. Yol məsrəfi. Evin aylıq məsrəfi. • Məsrəf etmək (eləmək) – xərcləmək, işlətmək, sərf etmək. [Tükəz:] ..Öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. M.F.Axundzadə. [Hacı:] ..Özüm fəqirlərə məsrəf elədiyimdən əlavə, iyirmicə manat müamilə qoyub, o müamiləni də fəqirlərə verirəm. Ə.Haqverdiyev. Məsrəf olmaq – xərclənmək, işlənmək.
2. Sərfə, xeyir, fayda. Nə məsrəfi var bizlərə, meyxanə dağılsın. Heyran xanım. [Hacı Nuru:] ..Bu surətdə mənim hünərimdən nə fayda olacaq, mənim şerim nəyə məsrəfdir. M.F.Axundzadə.
3. Sərf olunma, işlənmə. Suyun məsrəfinə diqqət vermək. Əmək məsrəfini azaltmaq. • Məsrəf olmaq – sərf olunmaq, xərclənmək, işlənmək. [Məhərrəm bəy:] Bəli, bir çox izafə xərclər aramızda adət olunmuşdur. Məsələn: toy işində, vay işində məsrəf olan xərclər kimi. S.S.Axundov. ‣ Məsrəfdən çıxmaq (düşmək) – sıradan çıxmaq, daha yaramamaq, əldən düşmək, daha istifadə edilə bilməmək. Ayaqqabım məsrəfdən düşüb. – [Əvvəlinci ərizəçi:] İndi at məsrəfdən çıxıbdır. M.F.Axundzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
məsrəf
xərc, çıxar
{harç, çıkar}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məsrəf
gider, masraf, sarfiyat