Müsahibə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müsahibə
is. [ər.]
1. Bir məsələ haqqında iki və ya bir neçə adam arasında gedən söhbət, danışıq; ümumiyyətlə, söhbət. Yenə yolumuza başladıq. Bu dəfə müsahibəmiz bir qədər daha səmimiləşmişdi. S.Hüseyn.
2. Mətbuatda çap edilmək üçün müxbirin ictimaiyyəti maraqlandıran məsələ haqqında hər hansı bir xadimlə söhbəti. Nazirlə müsahibə. Teatrın direktoru ilə müsahibə. // Həmin söhbətin məzmununu şərh edən qəzet yazısı. • Müsahibə almaq – mətbuatda çap etməkdən ötrü hər hansı bir xadimlə söhbət aparmaq, danışmaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
müsahibə
söhbət
{sohbet}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
müsahibə
demeç, mülakat