Mülkədar
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mülkədar
is. [ər. mülk və fars. ...dar] Torpaq üzərində xüsusi mülkiyyət və onun qalıqları mövcud olan ölkələrdə torpaq sahibi olan zadəgan. İri mülkədar. Kəndlilərin mülkədarlarla mübarizəsi. – Müsəlman bəyləri və mülkədarları özgə vaxt kəndlərdə rəiyyətdən bəhrə yığmağa məşğul olurlar. C.Məmmədquluzadə. [Cavanlardan biri:] Məhv olsun müftəxorlar, mülkədarlar, xanlar, bəylər! Ə.Vəliyev.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
mülkədar
derebeyi