turklehceleri.org

Maska

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

maska

[fr. əsli ər. məsxərə-dən]
1. Tanınmamaq üçün üzə taxılan və göz üçün deşikləri olan xüsusi örtük. Maska taxmış pəhləvan. – Qəribə zamanda yaşadıq, oğul; Bilmədik maskayla üzün fərqini. B.Vahabzadə. // Üzərində müxtəlif heyvan, quş, insan surətləri olan üz örtüyü. Ayı maskası. Pişik maskası. – Bu zaman maskalar geymiş aktyorlar, mənfur çar məmurlarını, ruhaniləri, bəy və xanları .. təqlid edərək oyun çıxarıb adamları güldürürdülər. S.S.Axundov.
2. İnsan və ya heyvan sifətini təsvir edən heykəltəraşlıq əsəri. // Ölmüş adamın üzünün gipslə çıxarılan surəti, qəlibi.
3. xüs. Üzü qorumaq üçün üzlük. Qaynaqçı maskası. Qaz maskası.
4. Üzü və ya onun bir hissəsini tutan xüsusi örtük. Oksigen maskası. Cərrah maskası.
5. Hərbi maskalama vasitəsi. Top maskası. ‣ Maska geymək (qoymaq) məc. – öz həqiqi simasını, mahiyyətini, iç-üzünü gizlətmək. Maskasını atmaq – öz niyyətlərini, mahiyyətini aşkara çıxarmaq. Maskasını yırtmaq – gizli niyyətlərini aşkara çıxarmaq, iç-üzünü açıb göstərmək. Buna görə nə imarət, nə səltənət istəyirəm; Üzlülərin maskasını yırtmaq üçün səlahiyyət istəyirəm! X.Rza.

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

maska

1: (Russian) mask.


Son arananlar: