turklehceleri.org

Kəniz

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kəniz

is. [fars.] köhn.
1. Xidmətçi qız, qulluqçu. Evin kənizi. – Bir gün Mehriban Soltanın kənizlərinə xəbər gəldi ki, filan küçəyə bir bazirgan gəlib. “Lətif şah”. [Hacı Kamyab:] Xan, mən sizin kəmtərin nökərinizəm, qızım da kənizinizdir. Ə.Haqverdiyev. [Yetər:] Mən ölənəcən Dilbər xanımın kəniziyəm, kənizi. N.Vəzirov. // Qədimdə: kölə kimi bağışlanan qız (qadın), qul qız (qadın); cariyə. Çaydır, dənizdir; Quldur, kənizdir; Balam hər nədir; Mənə əzizdir. (Bayatı). Taxtın iki tərəfində xəlifənin iki nəfər sevimli kənizi durub xəlifəyə yelpik çəkirdilər. M.S.Ordubadi. Şairin qəzəllərinə məftun olmuş Dərbənd əmiri onu bu xaraba kənddən öz sarayına dəvət edir və ən gözəl kənizini ona hədiyyə göndərir. Ə.Məmmədxanlı.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kəniz

cariye


Son arananlar: