turklehceleri.org

Kürsü

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

kürsü

и. 1) трибуна, кафедра; 2) кафедра, бүлек

Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)

kürsü

Türkiye Türkçesi: kürsü
Azerbaycan Türkçesi: kürsü kaferda
Başkurt Türkçesi: kafedra tribuna
Kazak Türkçesi: minbe
Kırgız Türkçesi: tribuna
Özbek Türkçesi: minbär
Tatar Türkçesi: kafedra tribuna
Türkmen Türkçesi: kafedra tribuna
Uygur Türkçesi: kürsi minbär
Rusça: tribuna kafedra

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kürsü

is. [ər.]
1. Yanları və söykənəcəyi olmayan stul; kətil. Kürsüdə oturmaq. – Xəstənin yanındakı kürsünün üstündə oturan mülayim bir həkim fısıltı ilə danışırdı. H.Nəzərli. Dünən əl çalındı bir sənətkara; Bir kürsü qulunun rəngi dəyişdi. M.Araz. // Kreslo, stul. Kürsüləri düzmək. – Otağa xalılar salınıb və yumşaq divan və kürsülər qoyulub. Ə.Haqverdiyev. Ziyafət məclisinin yuxarı başında üç boş kürsü qoyulmuşdu. M.S.Ordubadi.
2. Tribuna, kafedra. Kürsüdən danışmaq. – Salona daxil olduqda Sona xalanı kürsüdə nitq söyləyən gördüm. S.S.Axundov. Yoğunca bir adam olan Mehman dayı yerindən qalxıb kürsünün dalına gəldi. Ə.Sadıq. • Kürsüyə çıxmaq – nitq demək, çıxış etmək və s. üçün tribunanın arxasına keçmək. Natiq kürsüyə çıxdı. – Mən də çıxdım kürsülərə, mən də söyüldüm, söydüm. S.Rüstəm. Natiqlər bir-birinin arxasınca kürsüyə çıxıb düşürdülər. S.Rəhman. Danışıq kürsüsü – bax. xitabət kürsüsü. [Məhəmmədcəfər] danışıq kürsüsünə çıxanda əlinin içi ilə başını tez-tez dala darıyardı. Qantəmir. Xitabət kürsüsü – bax. kürsü 2-ci mənada. Burda nə səhnə vardır, nə xitabət kürsüsü; Nə əl-qolunu ölçən; Bir natiqin gur səsi. R.Rza. Salmanov növbəarası iclası açıb ona söz verincə, Haşımov .. xitabət kürsüsünün arxasına keçdi və .. danışmağa başladı. Ə.Əbülhəsən.
3. məc. Vəzifə, rütbə, mövqe mənasında. [Hikmət İsfəhani] bir neçə dəfə məclis vəkili olmuş, baş vəzir kürsüsünü tutmuşdur. M.İbrahimov.
4. Keçmişdə: qızınmaq üçün altına manqalda və ya çalada od qoyulub, üstünə iri yorğan salınan yastı stol. Kürsü qurmaq. Kürsüyə girmək. Kürsüdə qızınmaq. – Yayda yük üstü ona yaylaq idi; Kürsülər altı ona qışlaq idi. S.Ə.Şirvani. ..Qışın soyuğunda da adam istəyir girsin isti kürsüyə və yorğanı çəksin başına.. C.Məmmədquluzadə. Evin ortasında qədim qayda ilə kürsü qurulub, Məşədi Ağabanı kürsüdə oturub, əlində qırmızı parçadan özünə köynək tikir. M.Əliyev.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kürsü

kürsü, sandalye


Son arananlar: