turklehceleri.org

Həm

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

həm

bağl. [fars.]
1. Üstəlik, dəxi, ...da (də). Fələk, bari cəfalar eyləyib, sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq. S.Ə.Şirvani. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqarəsində həm olublar. N.Vəzirov.
2. Təkrar edilərək işləndikdə həmcins cümlə üzvlərini bir-birinə bağlayır. Həyat həm gülmək, həm ağlamaqdır; Lakin daha xoşdur döyüş çağları.. M.Müşfiq. Əgər Şahmar bu gün çıxmasa, həm Nərminədən əli üzüləcək, həm imtahanlara gecikəcəkdi. B.Bayramov. // Eyni vəzifədə təkrar edildikdə sonuncu “həm” bağlayıcısı “həm də” şəklində işlədilir və cümlənin bitdiyini, fikrin sona yetdiyini bildirir. Həbib çay içir, Gözəl fındıq sındırır, söhbət həm qızışır, həm də şirinləşirdi. Ə.Vəliyev. Tapdıq həm ağlayır, həm də işarə ilə anasına müəllimin yanındakı sarıqlı şeyi göstərirdi. Ə.Vəliyev. həm... [fars.] Mürəkkəb sözlərin əvvəlinə gətirilərək şəriklik, birgəlik, qarşılıq mənasını bildirən sifət və isimlər düzəldilir; məs.: həmsöhbət, həmrəy, həmsərhəd, həmyerli, həmvətən.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

həm

hem, keza, kezalık


Son arananlar: