Dilbər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dilbər
sif. [fars.] şair. Gözəl, sevgili, canan. Dilbər qız. Dilbər gəlin. – Zeynal özünü yalnız dilbər bir qadının ağuşunda əyləndirə biləcəyini iddia edirdi. S.Hüseyn. // İs. mənasında. Qiblənüma məhəbbəti dilbərin; Meyli bizdən qeyri yana dönübdü. Aşıq Ələsgər. ..Meşənin çıxacağında təzə tülu etmiş gün uyqudan oyanmış dilbər kimi üzümə güldü. A.Divanbəyoğlu. Alagözlü Girdman dilbəri buz kimi soyuq çeşmədən su gətirib yaralı cəngavərə verdi. M.Hüseyn. // Şairanə təşbehlərdə. [Cəmil bəy:] Ormanları inlədən musiqi, ruhumuzu güldürən bülbül nəğmələri nə qədər munis, nə qədər dilbər! H.Cavid.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dilbər
sevgili, canan
{sevgili, canan}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dilbər
dilber